Cümə axşamı, 02 May

Rövşən Əkbərovun məhkəməsində tələb - "Nazim İbrahimova cinayət işi açılsın"

image

Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Xəbər verilir ki, proses Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutur.

Məhkəmədə general Rövşən Əkbərovun vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.

Vəkil deyib ki, Rövşən Əkbərovun bu cinayətə aidiyyatı yoxdur və törətmədiyi cinayət əməlinə görə mühakimə olunur.

Onun sözlərinə görə, dindirilən 10 şahiddən heç biri hadisəni görməyib: "Mərhum Elçin Əliyevin yanında yalnız Məzahir Şıxaliyev olub. O da vəfat edib. Əvvəlki ifadələrində də içkili olduğu üçün hadisənin kim tərəfindən törədildiyini görmədiyini söyləyib".

Vəkil həmçinin bildirib ki, yalan ifadə verən şahidlərə cinayət işi açılmalıdır.

"Nazim İbrahimov 5 dəfə ifadə verib. Onun 4-də Rövşən Əkbərovun adını çəkməyib. Amma 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü şəxsən ona deyib. Deyibsə, indiyə qədər bu adam cinayəti hüquq-mühafizə orqanlarından gizlədib. Digər şahid Orucəli Hacıyev 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində bildirməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib".

Vəkil Rövşən Əkbərov barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhrumun anası Səmayə Əliyeva məhkəmə bitəndən sonra vəkilə etiraz edib, oğlunun qətlində Rövşən Əkbərovu ittiham edərək söyləyib: "Buna silah verin, oğlumu öldürdüyü kimi, məni də öldürsün".

General Əkbərovun isə Səmayə Əliyevaya cavabı belə olub: "Elçini mən öldürməmişəm. Bu işi yaxşı araşdırın. Kiminsə sözü ilə məni günahlandırmayın".

Xatırladaq ki, prokuror çıxışında cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror

Əkbərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Elçin Əliyevin vəkili isə R.Əkbərova 15 il cəza verilməsini istəyib.

Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15